Rusiya 3 suriyalı qaçqını Dəməşqə verir

Amnesty International logo

Amnesty İnternational təşkilatı Rusiyanın suriyalı qaçqınları deportasiya etmək istəməsini pisləyib.

Təşkilatın fevralın 25-də yaydığı məlumata görə, Rusiya Dağıstanda saxlanmış və sığınacaq axtaran 3 suriyalı qaçqını geri döndərmək istəyir ki, bu beynəlxalq normalara ziddir.

Təşkilatın məlumatına görə, BMT-nin müraciətinə baxmayaraq onlar fevralın 25-də təyyarə ilə Dəməşqə göndərilməlidir.

Onların nə vaxt saxlanıldığı bəlli deyil.Amnesty İnternational təşkilatı onların fevralın 24-də Dağıstandan Moskvaya gətirildirklərini bildirir.

Təşkilat 2015-ci ildən bu yana Rusiyada bir nəfər belə suriyalıya qaçqın statusu verilmədiyini bildirir.