-
“ATƏT Azərbaycanı xüsusi vacib tərəfdaş sayır. Əminik ki, bu ölkəylə əməkdaşlığımız davam edəcək”.
Bu sözləri ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun direktoru Maykl Georq Link deyib. Bu haqda “vestikavkaza.ru” saytı xəbər verir.
Maykl Georq Link Azərbaycanda keçirilən son seçkiləri problemlərlə üzləşmələri səbəbindən izləyə bilməsələr də, gələcək əməkdaşlığa nikbin baxdıqalarını ifadə edib.
“2015-ci ildə keçirilən parlament seçkilərini müşahidə edə bilmədik, Ancaq bizim əməkdaşlığımız, nə olursa olsun, davam edəcək” - deyən Link mühüm tərəfdaş saydıqları Azərbaycana yeni birgə layihələr təklif edəcəklərini bildirib.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycanda ötən il noyabrın 1-də keçirilən son parlament seçkilərinin müşahidəsindən imtina etmişdi. Buna səbəb kimi də Azərbaycan hökumətinin müşahidəçilərin sayına məhdudiyyətlər qoyması göstərilmişdi.