Şiə məscidində partlayış, ölənlər var

Foto arxiv

Bağdaddakı şiə məscidində törədilən 2 partlayışda azı 15 nəfər ölüb, 50 nəfərsə xəsarət alıb.

Bu barədə fevralın 25-də Reuters agentliyi yerli həkimlərə istinadla məlumat verir.

Partlayışlar Bağdadın əsasən şiələrin yaşayan Sulaa rayonunda tərədilib.

Polisin məlumatına görə, partlayışları 2 intiharçı törədib.

Onlardan biri məscidin icində partlayıcı kəməri işə salıb.

Təhlükəsizlik qüvvələri hadisə yerinə gələndə isə ikinci partlayış törədilib.

Ölənlərdən 4-ü təhlükəsizlik xidmətinin əməkdaşlarıdır.