-
Fevralın 27-də Bakı və Abşeronda hava şəraitinin dəyişkən buludlu olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin açıqlamasına görə, Bakıda və Abşeron yarımadasında mülayim cənub küləyi əsəcək.
Abşeron yarımadasında gecə 5-8, gündüz 12-17, Bakıda gecə 6-8, gündüz 14-16 dərəcə isti olacaq.
Fevralın 27-si ölkənin rayonlarında da elə bir yağıntı gözlənilmir.
Gecə 6-11, gündüz 15-20, dağlarda gecə 1-6 , gündüz 11-16 dərəcə isti olacaq.