Mərkəzi Bank dollar tələbatını açıqlamadı

Mərkəzi Bank

-

Fevralın 26-da Mərkəzi Bankın keçirdiyi hərracda 50 milyon dollar satılıb.

Mərkəzi Bankın xəbərinə görə, bu məbləği 24 bank alıb.

Mərkəzi Bank ilk dəfədir ki, bankların tələbatının məbləğini - məcmu tələbi açıqlamayıb. Bir neçə gün öncə Mərkəzi Bankın hərracında bankların dollar tələbatının yarısı ödənilmişdi. Bunu bəzi ekspertlər növbəti devalvasiyanın işarəsi kimi şərh edirdilər.