Moldovanın baş prokuroru istefa verdi

Corneliu Gurin

Moldovanın baş prokuroru Corneliu Gurin fevralın 26-da istefa verib.

Ölkə parlamenti bundan bir gün əvvəl prokurorluğun səmərəlşdirilməsinə səs verib.

Baş prokuror fevralın 26-da parlamentdə çıxış edərkən martın 1-dən istefaya gedəcəyini bəyan edib.

Qeyd edək ki, bundan təxminən 3 həftə sonra baş prokurorun səlahiyyət müddəti bitir.

Deputatlar fevralın 25-də hökumətin apardığı islahatlar çərçivəsində korrupsiya ilə mübarizə idarəsi ilə xüsusi hallar üzə qurumun birləşdirilməsinə səs verib.

2016-cı ilin avqustunda qüvvəyə minəcək bu dəyişiklik həmçinin baş prokurorun səlahiyyətlərini məhdudlaşdırır.

Belə ki, bundan sonra baş prokuroru parlament yox prezident təyin edəcək.

Rusiyapərəst Sosialist partiyasının deputatları sesiyanı tərk ediblər.