AB-nin vitse-prezidenti Bakıya gəlir

Federica Mogherini

Federica Mogherini

-

Avropa Birliyinin vitse-prezidenti Federika Mogherini fevralın 29-dan martın 1-nə kimi Azərbaycan və Ermənistanda səfərdə olacaq .

F. Mogherini Bakıda prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcək.

Qonaq, həmçinin, Avropa Komissiyasının Energetika İttifaqının vitse-prezidenti Maroş Şefçoviçlə birgə Bakıda keçirilən Cənub qaz dəhlizinin Məşvərət Şurasının iclasına qatılacaq.

F.Moqerini və Maroş Şefçoviçin vətəndaş cəmiyyəti nümayəndəri ilə görüşü də gözlənilir.