Valyuta əməliyyatlarına nəzarət alınmadı

-

Azərbaycan Mərkəzi Bankı xarici valyuta əməliyyatlarının aparılması ilə bağlı avtomatlaşdırılmış monitorinq sisteminin yaradılmasından imtina edib.

Fins.az-ın məlumatına görə, qurum bununla bağlı açıq tenderi ləğv edib.

Həmin sistemin yaradılması “Valyuta tənzimi haqqında” qanuna edilən əlavələrdə nəzərdə tutulmuşdu.

Milli Məclisin qəbul etdiyi sənəddə deyilirdi ki, Mərkəzi Bank valyuta əməliyyatlarına nəzarətin təşkili məqsədilə rezident və qeyri-rezident fiziki, hüquqi şəxslərin valyuta əməliyyatları barədə vahid məlumat bazası yaratmalıdır.

Habelə onun formalaşdırılması və valyuta agentləri tərəfindən istifadə qaydalarını müəyyən etməlidir.