-
Azərbaycanda ödəniş kartı ilə aparılan valyuta əməliyyatları üzrə icbari yığımın ödənilməməsinə görə, cərimə tətbiq ediləcək.
Milli Məclis bununla bağlı martın 1-də qüvvəyə minəcək olan İnzibati Xətalar Məcəlləsinə dəyişiklik etməyə hazırlaşır.
Trend-in xəbərinə görə, yeni layihəyə əsasən, fiziki və hüquqi şəxslər ödənilməmiş icbari yığımın 100 faizi miqdarında cərimə ediləcəklər.
Layihə parlamentin martın 4-də keçiriləcək iclasında müzakirə ediləcək.
Parlament İnzibati Xətalar Məcəlləsini yeni qəbul edib. Məcəllə martın 1-də qüvvəyə minəcək.