Hakimə qırmızı vərəqə göstərdi,cəzalandı

Foto arxiv

"Qalatasaray"la oyun zamanı hakimə qırmızı vərəqə göstərən "Trabzonspor"un futbolçusu Salih Dursun cəzalandırılıb.

Türkiyə mətbuatının yazdığına görə, o, 3 oyun oynamayacaq.

Bundan başqa Salih Dursun 13 min türk lirəsi məbləğində cərimələnib.

Qeyd edək ki, "Qalatasaray" - "Trabzonspor" görüşündə İstanbul klubu 2:1 hesabı ilə qalib gəlib.