-
Fevralın 28-i paytaxt Bakıda və Abşeron yarımadasının bəzi yerlərində duman olacağı, gecə yağış yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeron yarımadasında gecə 5-7, gündüz 8-13 dərəcə
isti olacaq. Bakıda gecə 5-7, gündüz 9-11 dərəcə isti gözlənilir.
Ölkənin rayonlarında isə sabah yağış, dağlıq ərazilərdə sulu qar, qar yağacaq.
Havanın temperaturu gecə 4-7, gündüz 11-16, dağlarda gecə 0-5, gündüz 5-10 dərəcə isti olacaq.