Pentaqon 21-ci əsrin «gözəgörünməz»ini göstərdi

B-21

-

ABŞ Hərbi Hava Qüvvələri özünün futuristik B-21 uzaqmənzilli bombardmançısının konsept təsvirini açıqlayıb. Hava gəmisi «Northrop Grumman» korporasiyası tərəfindən hazırlanacaq.

Hərbi Hava Qüvvələrinin katibi Deborah Lee James cümə günü Orlandoda keçirilən simpoziumda deyib ki, B-21 ABŞ-ın qitə ərazisindən dünyanın istənilən nöqtəsinə zərbə endirmək imkanı verəcək.

Bildirilir ki, hava gəmisinin hələlik heç bir prototipi mövcud deyil.

Uzaqmənzilli Zərbə Bombardmançısı (LRS-B) kimi tanınan B-21 hərbi təyyarəsi ABŞ HHQ-nin XXI əsrdə ilk bombardmançısı hesab olunur.

HHQ katibi D.L.James həmçinin B-21-in B-2 stels bombardmançısına bənzərliyini qeyd edib. B-2 də «Northrop Grumman» şirkəti tərəfindən hazırlanıb.

B-21 proqramı bu yaxınlarda mühəndislik və istehsal mərhələsinə daxil olub. HHQ hava gəmisini 2020-ci ilin ortalarında təqdim etməyi planlaşdırır.