Rəşad Əliyevin ölümü araşdırılır

İTV

-

İctimai Televiziyanın (İTV) əməkdaşının ölümü faktı üzrə cinayət işi başlanıb.

Səbail rayon Prokurorluğu Rəşad Əliyevin ölümü ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş açıb. İstintaq tədbirləri davam etdirilir. Bu barədə lent.az-a R.Əliyevin həyat yoldaşı İlahə Əliyeva məlumat verib.

43 yaşlı Rəşad Əliyev bu il yanvarın 23-də Bülbülə qəsəbəsindəki yaşadığı evdən çıxaraq, bir daha geri qayıtmayıb. İtkin düşəndən 35 gün sonra onun meyiti «Cristall hall» yaxınlığında, dənizdə aşkar edilib. Hüquq-mühafizə orqanları R.Əliyevin meyiti üzərində heç bir zorakılıq əlamətləri və xəsarətlər aşkar etməyib. R.Əliyev İctimai Televiziyada quruluşçu rejissor vəzifəsində çalışıb. O, əməkdar incəsənət xadimi Fikrət Əliyevin oğludur.