İslahatçılar Məclisə nəzarəti ələ alır

Mohammad Yazdi səs verir

-

İranda 26 fevral seçkisinin son nəticələrinə görə, Prezident Hassan Rohani və onun islahatçı müttəfiqləri Ekspertlər Məclisində çoxluğu qazanıblar. 88 üzvü olan məclis İranın Ali dini rəhbərini seçir.

Rouhani və keçmiş prezident Akbar Hashemi Rafsanjani, eləcə də 50 müttəfiqləri Məclisdə yer qazanıb, ümumilikdə isə islahatçılar Məclisdəki yerlərin 59 faizini əldə edib.

İki tanınmış sərt-xətt tərəfdarı – məclisin hazırkı sədri Ayətulla Mohammad Yazdi və onun müttəfiqi, Ayətulla Taghi Mesbah Yazdi məğlub olublar.

İran ədliyyəsinin rəhbəri, Ayətulla Sadegh Amoli Larijani islahatçıları “Amerika və İngiltərə media orqanları” ilə işləyərək sərt xətt tərəfdarlarının məclisə yenidən seçilməsini əngəlləməkdə ittiham edib.

İslahatçılar 290 yerlik parlamentdə Tehrana aid 30 yerin hamısını qazanıb.

Ölkənin digər yerlərində isə nəticələri mötədillər, sərt-xətt tərəfdarları və müstəqil namizədlər paylaşır.

Məlumatlara görə, 50 yerin sahibi bəlli deyil və apreldə, ya mayda təkrar seçki keçirilə bilər.