-
Martın 1-də Bakı və Abşeronda yağıntı gözlənilmir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 5-8, gündüz 9-14 , Bakıda isə gecə 6-8, gündüz 10-12 dərəcə isti olacaq.
Ölkə rayonlarında da sabah elə bir yağıntı olmayacaq. Ancaq Böyük Qafqazın bəzi yerlərində yağış gözlənilir.
Havanın temperaturu gecə 5-10, gündüz 12-17, dağlarda gecə 0-5, gündüz 9-14 dərəcə isti olacaq.