TAP-ın tikintisinə iyunda başlanacaq

-

Trans Adriatik Boru xəttinin (TAP) tikintisinə mayın sonunda - iyunun əvvəlində başlanacaq.

APA-nın xəbərinə görə, bu haqda TAP-ın icraçı direktoru Yan Bredşou məlumat verib

Onun deməsinə görə, Cənub Qaz Dəhlizinin əsas komponentlərindən biri olan TAP-ın təməlqoyma mərasimi Yunanıstanın Soloniki şəhərində baş tutacaq.

Cənub Qaz Dəhlizi “Şahdəniz- 2” çərçivəsində hasil edilən qazı 3500 kilometr məsafə qət edərək Xəzər dənizindən Avropaya nəql ediləcək.

Bunun üçün bir sıra mövcud infrastrukturun genişləndirilməsi və yeni boru zəncirinininşa edilməsi tələb olunur: Onlardan biri də TAP-dır.

Trans Adriatik Boru Kəməri (TAP) qazı Yunanıstan və Albaniya ərazisindən keçməklə İtaliyaya nəql edəcək.