FİFA-nın muzeyi açıldı

Gianni Infantino

Sürixdə FİFA-nın muzeyi açılıb.

Açılış mərasimində ötən cümə təşkilatın yeni prezidenti seçilən Canni İnfantino və muzeyin direktoru Stefan Yost iştikak edib.

Onlar futbol topunu süni meydana buraxır, tavandan isə konfet tökülür.

FİFA-nın məlumatına görə, muzeydə dünya çempionatı kubokları da daxil olmaqla mindən çox eksponat var. Onlar xüsusi seyflərdə saxlanılır.

Muzeydə həmçinin yülərlə fotoşəkil və videoyazı var. 60 ekranla isə oyunların yaxşı anları nümayiş etdirilir.

“ Futbol bir çox insanlar-oğlan, qız, qadın və kişinin sevimli oyunudur. Futbolu sevənlər bura baş çəkməlidir, bura onların xoşuna gələcək, hamını bizim muzeyə dəvət edirəm”, deyə İnfantino bildirir.

Muzeyə gələn qonaqlar böyük pinbol maşınına top ata, idman barı və kitabxanaya baxa, müxtəlif idman tədbirləri və seminarlara qatıla bilərlər.

Muzey təxminən iki ilə hazır olub, ümumi sahəsi 1000 kvadrat metrdən böyükdür. Muzeyin yaradılması FİFA-ya130 milyon avroya başa gəlib.