-
Prezident İlham Əliyev gömrükçülərin sosial müdafiəsinin gücləndirilməsini nəzərdə tutan fərmanına dəyişiklik edib.
Dəyişikliyə görə, gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 50 faizi Dövlət Gömrük Komitəsinin xüsusi rütbəli əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavə ediləcək. İndiyədək büdcədənkənar fondun 25 faizi vəzifə maaşlarına yönəldilirdi.
Bununla əlaqədar prezidentin “Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” fərmanına dəyişiklik edilib.
Bu fərman 2011-ci il fevralın 25-də imzalanmışdı.