-
Bu gün - martın 1-də Novruzun ikinci- od çərşənbəsi qeyd olunur. Buna xalq arasında Üskü çərşənbə də deyilir. Bu çərşənbə qədim insanların Günəşə, oda olan inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar.
Bundan əvvəl isə su çərşənbəsi keçirilmişdi. Martın 8-də yel, 15-də isə sonuncu torpaq çərşənbəsi qeyd olunacaq.
AMEA Şamaxı Astrofizika Rəsədxanasından bildirildiyinə görə, bu il bahar fəsli Azərbaycana martın 20-də saat 8-30-da qədəm qoyacaq.