Nazirliklərdə maaşlar 10 faiz artıb

-

Prezident İlham Əliyev dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışanların əmək haqlarının 10 faiz artırılması ilə bağlı sərəncam imzalayıb.

Sərəncam əsasən mədəniyyət və turizm, kənd təsərrüfatı, maliyyə, əmək və əhalinin sosial müdafiəsi, müdafiə sənayesi, səhiyyə nazirliklərinə aid qurumlarda, onların filiallarında çalışanlara şamil edilir.

Əmək haqlarına artım martın 1-dən şamil olunacaq.