Ölkənin 76 faizində internet var

-

Azərbaycanda internetə giriş səviyyəsi 76 faizə çatıb.

Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə “İnternet və insan hüquqları” mövzusunda konfransda belə deyib.

Trend-in xəbərinə görə, nazir müavini internetin azad olduğunu, istifadəçilərinin 65 faizinin rahatlıqla geniş zolaqlı internet xidmətlərindən istifadə etdiyini deyib:

“Azərbaycan ərazisi mobil rabitə ilə tam əhatə olunub. Hazırda Azərbaycanda internetə giriş tam azaddır və provayderlərin fəaliyyəti üçün lisenziya tələb olunmur"