Azərbaycan 12 milyard dollar itirib

-

2015-ci ildə Azərbaycanın valyuta ehtiyatları 24 faiz azalıb.

Fins.az-ın məlumatına görə, 2016-cı ilin əvvəlində ölkə 38 milyard 590 milyon dollarlıq valyuta ehtiyatına malik olub. Bunun 33 milyard 574 milyonu Dövlət Neft Fondunun, 5 milyard 16 milyon dolları isə Mərkəzi Bankın payına düşüb.

2015-ci ilin əvvəlində isə valyuta ehtiyatlarının məbləği 50 milyard 862 milyon dollar təşkil edirdi. Həmin vəsaitin 37 milyard 104 milyonu Neft Fondunda, 13 milyard 758 milyon dolları isə Mərkəzi Bankda toplanmışdı.

Azərbaycan bir ildə valyuta ehtiyatlarının 12 milyard 271 milyon dollarını itirib.