Beynəlxalq qurum vəkildən narahatdı

Yalçın İmanov

-

“Azərbaycanda vəkili Yalçın İmanova qarşı davam edən intizam işindən ciddi narahatıq . Vəkilə qarşı hər hansı intizam aksiyaları onun müstəqilliyinin zəifləməsinə və qanuni peşə fəaliyyətinə mane ola bilər”.

Norveç Helsinki Komitəsi və İnsan Hüquqları Kolisiyası üzvlərinin bəyanatında belə deyilir.

Bəyanatda Y.İmanov və bir çox müstəqil vəkillərə qarşı baş verənlər Azərbaycanın beynəlxalq ictimaiyyət qarşısında üzərinə götürdüyü öhdəliklərinə zidd olduğu vurğulanır.

Norveç Helsinki Komitəsinin baş katibi Bjørn Engesland bildirir: “Beynəlxalq insan hüquqları qanunu vəkillərin müstəqilliyinə xüsusi diqqət yetirir. Vəkillərə hədə-qorxu, maneə və ya təzyiq olmadan öz professional funksiyalarını yerinə yetirmək üçün dövlət orqanları öhdəlik götürür”.

Bəyanatda bildirilir ki, Yalçın İmanov, 2007-ci ildən Azərbaycan həbsxanalarında bir çox tanınmış siyasi məhbusların maraqlarını təmsil edir və Vəkillər Kollegiyasının üzvüdür. Onun müdafiə etdiyi şəxslər arasında, həbsdə olan jurnalist Xədicə İsmayılova, siyasi müxalifətçilər Məmməd İbrahim, Fuad Qəhrəmanlı və Murad Ədilov var.

Norveç Helsinki Komitəsi Azərbaycan hakimiyyətini insan hüquqlarının müdafiəçisi olan QHT üzvlərinə, jurnalist və fəallara yardım edən vəkillərə təzyiqlərə son qoymağa çağırır.

Fevralın 12-də Nərimanov rayon məhkəməsinin hakimi Turqay Hüseynov AXCP sədrinin müşaviri Məmməd İbrahimin işinə baxarkən Y.İmanovun cəzalandırılması üçün Vəkillər Kollegiyasına müraciət etmək haqda qərar qəbul edib.

Son dövrlər Azərbaycanda bəzi vəkillər hakim və müstəntiqlərin şikayəti əsasında kollegiyadan uzaqlaşdırılıblar.

Onların arasında Aslan İsmayılov, Xalid Bağırov, Elçin Namazov, Osman Kazımov və Namizəd Səfərov var.