"Hamburger" lə "kartof-fri" hovuza tullanıb

Foto arxiv

Livanda qeyri-adi geyimdə olan xizəkçilər tramplindən buzlu hovuza tullanıblar.

Enişi enməyə başlayan Hamburgerlə kartof-fri bir anın içində buzlu hovuzda olublar.

Ötən bazar keçirilən “Redbul Camp and Friiz” tədbirinin İştirakçıları belə bir qeyri-adi üsulla diqqəti özlərinə çəkmək qərarına gəliblər.

Bu tədbir burda artıq ikinci ildir ki, keçirilir.

Builki tədbirə hər biri 3 nəfər olmaqla 25 komanda qatılıb.

Bunun üçün xizək sürməyi bacarmaq və qeyri-adi kostyumun olmalıdır. Qalanı isə artıq iştirakçıların fantaziyasından aslıdır.

Münsiflər heyyəti komandaların yaradıcılığı, qələbəyə əzmi və azarkeşlərin onları necə dəstəkləməsini dəyərləndirir.

Qaliblər yarışın sonunda mükafat gözləyib, tamaşaçılar isə xizək sürməyə başlayıb.