-
Naxçıvan-Təbriz-Tehran-Məşhəd beynəlxalq sərnişin qatarı fəaliyyətə başlayacaq. APA-nın xəbərinə görə, bununla bağlı İşçi Qrupun ilk görüşü keçirilib.
Görüşdə “Azərbaycan Dəmir Yolları” QS C Sərnişindaşımaları Departamentinin rəis müavini Mədət Şıxəmirov, “Naxçıvan Dəmir Yolları” MMC-nin direktoru Mahir Əliyev, İran Dəmir Yolları Sərnişindaşıma Xidmətinin baş müdiri Mürtəza Cəfəri və bu sistemin məsul işçilərindən Mirhüseyn Musəvi iştirak edib.
Görüş Naxçıvan dəmiryol vağzalında keçirilib. İşçi Qrupun üzvləri iki ölkənin əlaqələrinin daha da gücləndirilməsi yönündə görülən işlərdən danışıblar. Qarşıdakı günlərdə Azərbaycan və İran dəmiryolu rəhbərlərinin iştirakı ilə aparılacaq yüksək səviyyəli danışıqlara hazırlıq məqsədi daşıyan işçi qrupun görüşündə bir sıra texniki məsələlər, sərnişin qatarının qrafiki və tariflər müzakirə olunub.