Bakının bəzi yerlərində qaz olmayacaq

Karikatura

-

Bu gün Bakı şəhəri Sabunçu, Binəqədi, Xəzər, Səbail, Yasamal və Abşeron rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq. Bölgələrdən, Qəbələ və Masallı rayonlarında da eyni hal baş verəcək. Bunu “Azəriqaz” İB deyir.

Qurum bildirir ki, diametri 530 mm-lik yeraltı qaz xəttində təmir işləri ilə bağlı martın 2-də səhər saat 10-dan işlər yekunlaşanadək deyilən ərazilərdə təbii qazın verilməsində fasilələr yaranacaq.