SOCAR xam neft ixracını azaldıb

Neft

-

SOCAR 2016-cı ilin fevral ayında Supsa limanından 169 min 215 ton, Ceyhan limanından 1 milyon 473 min 411 ton, Kulevi terminalından isə 14 min 946 ton xam neft ixrac edib. Xəbəri SOCAR-ın saytı yayıb.

Xəbərə görə, yanvar-fevral ayları ərzində Novorossiysk limanından 258 ton, Supsa limanından 423 min 264 ton, Ceyhan limanından 2 milyon 984 min 325 ton, Kulevi terminalından isə 14 min 946 ton xam neft ixrac edilib.

Ötən ilin eyni dövründə Supsa limanından 508.29 min, Ceyhan limanından isə 3.3 milyon ton xam neft ixrac edilmişdi.

Fevral ayında dünya bazarında «Brent» tipli xam neftin 1 barreli 32.48, «Urals» nefti 31.26 , BTC FOB Ceyhan tipli xam neft isə 33.43 dollara satılıb.