-
Əfqanıstanın şərqində Cəlalabad şəhərindəki Hindistan konsulluğu yaxınlığında partlayış və atışma olub. Martın 2-də iki partlayış baş verib.
Yerli rəsmilər intiharçı hücumunun törədildiyini, azı beş nəfərin yaralandığını bildirir. Ancaq hədəfin konsulluq olub-olmadığı bəlli deyil.
Hücuma görə məsuliyyəti üzərinə götürən olmayıb. Amma ərazidə taliban silahlıları çoxluq təşkil edir.
Hindistan Əfqanıstanda Taliban rejiminin devrilməsinə yardım edib.