Prezident yenilənmiş büdcəni təsdiqlədi

-

Prezident İlham Əliyev 2016-cı ilin yenidən işlənmiş büdcəsini təsdiqləyib.

Yeni büdcədə gəlirlər 16 milyard 822 min manat müəyyən edilib.

Bu ilin xərcləri isə 18 milyard 495 min manat məbləğində təsdiqlənib.

Yenilənmiş büdcədə əsas payı Dövlət Neft Fondundan daxilolmalar təşkil edəcək. Fonddan daxilolmalar 7 milyard 615 min manat olacaq. Büdcəyə fiziki şəxslərin gəlir vergilərindən 1 milyard 80 min, hüquqi şəxslərin mənfəət vergilərindən isə 1 milyard 914 milyon600 min manat daxil olacaq.

Büdcənin xərclər bölümündə ən iri pay müdafiə sahəsinə aiddir. Müdafiə bölməsinə 2 milyard 228 milyon , müdafiə qüvvələri bölməsinə isə 2 milyard 114 milyon manat ayrılması nəzərdə tutulur. Müdafiə və təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar üçünisə 2 milyon 422 min manat ayrılır.

Məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq bölməsi üzrə xərclər 1 milyard 208 milyon 181 min941 manat təşkil edəcək. Ölkənin təhsil büdcəsi 1 milyard830 milyon manatdır.