BMT-nin təhlükəsizlik şurası Şimali Koreyaya qarşı beynəlxalq sanksiyaların genişləndirilməsini nəzərdə tutan qətnamə qəbul edib.
Buna səbəb Pxenyanın son iki ayda ballistik raketləri sınaqdan keçirməsidir.
Yeni sanksiyalarda Şimali Koreyaya girib-çıxan bütün yüklərin yoxlanılması, həmçinin bu ölkəyə yüngül silahların satışının qadağan edilməsi nəzərdə tutulur.
Sanksiyalara yeni fiziki şəxslər və təşkilatlar da daxil edilib.