-
Altı iranlı miqrant Fransanın şimalında miqrant düşərgəsinin dağıdılması və kütləvi çıxarılmalara etiraz olaraq ağızlarını tikib.
Hökumət Kale yaxınlığında miqrantların saldığı düşərgəni dağıdır. Minlərlə miqrant burada Britaniyaya keçməkdən ötrü gözləyir.
İranlılar plakat tutaraq BMT təmsilçisinin gəlməsini xahiş edirlər. Düşərgənin bəzi sakinləri damlara çıxaraq sığınacaqlarını xilas etməyə çalışıblar.
Məhkəmə düşərgənin dağıdılmasının qanuni olması barədə qərar çıxarıb. Rəsmilər burada 800-1000 nəfərin, humanitar qruplar isə 3 mindən çox insanın yaşadığını bildirir.
Fransa miqrantlara təklif edib ki, onları yaxınlıqdakı, istiliklə təmin olunmuş gəmiçilik konteynerlərinə, yaxud da müvəqqəti saxlanma mərkəzlərinə yerləşdirsin, onlar da Fransada sığınacaq üçün müraciət etsinlər.