-
BMT Təhlükəsizlik Şurasının beş üzvü qətnamə hazırlayırlar. Məqsəd Suriya, Yəmən və digər müharibə zonalarında tibb müəssisələrinə hücumların dayandırılmasıdır. Bu barədə martın 2-də diplomatlar məlumat yayıb.
Misir, Yaponiya, İspaniya, Yeni Zelandiya və Uruqvay sənədi gələn həftə şuraya təqdim etməyi planlaşdırır. Qətnamədə bir daha vurğulanır ki, bu cür hücumlar beynəlxalq hüquq pozuntusudur və səbəbkarlar məsuliyyətə cəlb olunmalıdır.
Bu ölkələrdən heç biri Təhlükəsizlik Şurasının daimi üzvləri deyillər. Daimi üzvlərdən dördü isə – Britaniya, Fransa, Rusiya və ABŞ isə Suriya münaqişəsində tərəfləri dəstəkləyir.
Ötən il Suriyada 63 xəstəxana və klinikaya 94 zərbə endirilib. Bunu Sərhədsiz Həkimlər Təşkilatının rəhbəri Jason Cone bildirir.