Əczaçılıq zavodu müzakirə ediləcək

Foto illüstrasiya

-

Gələn həftə İran Səhiyyə Nazirliyinin nümayəndə heyətinin Azərbaycana gələcəyi gözlənilir. AZƏRTAC-ın yaydığı xəbərə görə, keçiriləcək görüşlərdə Sumqayıtda Azərbaycan-İran birgə əczaçılıq zavodunun tikilməsi məsələsi müzakirə ediləcək.

İranın Azərbaycandakı səfiri Mohsen Pak Ayeen bildirib ki, zavodun tikintisi haqqında tərəflər arasında memorandum imzalanıb.

Prezident İlham Əliyev fevralın 23-də İrana səfər etmişdi. Bu səfər çərçivəsində iki ölkə arasında əməkdaşlığa dair bütünlükdə 11 sənəd imzalanmışdı.