Sabah 26 dərəcə isti

Günəş

-

Martın 4-də Bakı və Abşeron yarımadasında yağıntı olmayacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti bildirir ki, Abşeron yarımadasında gecə 6-8, gündüz 14- 23 dərəcə isti olacaq. Bakıda isə gecə 6-8, gündüz 17-19 dərəcə isti gözlənilir.

Ölkə rayonlarında da hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi Qərb rayonlarında yağış ehtimalı var. Havanın temperaturu gecə 5-10, gündüz 16-21 dərəcə isti olacaq. Bəzi yerlərdə hətta 26 dərəcə isti gözlənilir.