-
Mərkəzi Bankın Maliyyə Monitorinqi Xidməti Əl-Qaidə və İŞİD qruplaşmasının üzvü olduğu bildirilən 12 nəfəri özünün qara siyahısına daxil edib.
Maliyyə Monitorinqi Xidmətinin məlumatına görə, terrorçuluqda şübhəli bilinən 12 nəfərdən 11-i Əl-Qaidə, 1 nəfər isə İŞİD üzvü hesab olunur. Xidmət həmin şəxslər barəsində əlaqəli nəzarət və monitorinq qurumlarına bilgi verib.
Qara siyahıya daxil edilən şəxslərə milli və beynəlxalq qanunvericiliyə uyğun olaraq sanksiyalar tətbiq edilir.