Tbilisi Avropa Birliyinin iyunun sonunda Gürcüstan vətəndaşlarına qarşı viza rejimini qaldırmasını gözləyir.
Bunu martın 3-də AzadlıqRadiosuna Gürcüstanın xarici işlər naziri Mikhail Janelidze deyib.
O bildirib ki, Avropa Komissiyası artıq martın 8-də belə bir təklif verməlidir.
Qeyd edək ki, Avropa Komissiyası bu günlərdə Gürcüstanla bağlı prosesin sürətləndiriləcəyini bəyan eləmişdi.
Amma rəsmilər islahatların ləngliyi və qeyri-sabit siyasi vəziyyətə görə Ukrayna ilə bağlı eyni prosesi şübhə altında qoyublar.
Avropa Komissiyasında məsələ ilə bağlı səsvermə gözlənilir.