Suriyada atəşkəsə ümumilikdə əməl olunur

Staffan de Mistura

Staffan de Mistura

“Suriyada atəşkəsə ümumilikdə əməl olunur”.

Bunu BMT-nin Suriya üzrə xüsusi elçisi Staffan de Mistura martın 3-də Cenevrədə Suriya ilə bağlı mətbuat konfransında deyib:” Atəşkəsə ümumilikdə əməl olunur. Bu Suriya xalqı üçün yaxşı xəbərdir. Amma təəssüf ki, etiraf etməliyik ki, istənilən atəşkəsdə, xüsusilə də burda, Dəməşq, Latakiyə, Holms və Hama da daxil olmaqla hələ də bir sıra yerlərdə hərbi əməliyyatlar davam edir”.

Staffan de Mistura atəşkəsin hələ ki, kövrək olduğunu, uğura tam təminat olmadığını, amma müəyyən irəliləyiş olduğunu bildirib.

Təşkilatın məlumatına görə hazırda Suriyada təxminən yarım milyon əhali mühasirədə yaşayır.

Qeyd edək ki, atəşkəs fevralın 27-də elan edilib.

5 ildir ki, davam edən Suriya müharibəsində 270 mindən çox adam ölüb.