-
Martın 4-də Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin Bakıya gələcəcəyi gözlənilir.
TASS xəbər verir ki, Q.Karasin səfər çərçivəsində Azərbaycanın xarici işlər nazirliyinin rəhbərliyi ilə görüşəcək. Görüşdə ikitərəfli və regional məsələlərin geniş spektri müzakirə olunacaq.
Danışıqlarda həmçinin müxtəlif səviyyələrdə ikitərəfli görüşlərin keçirilməsinin perspektivlərinə toxunulmalıdır:
“Azərbaycan XİN rəhbərliyi ilə görüşlərimiz baş tutacaq. Gündəmimiz genişdir, ikitərəfli əlaqələr, regional və Cənub Qafqazdakı problemləri müzakirə edəcəyik. Toxunulacaq mövzular kifayət qədərdir” - deyə Q.Karasin səfərin məqsədləri haqda danışarkən bildirib.