Rusiya ABŞ-ın siyasətini pisləyir

Sergei Lavrov

“ABŞ-ın Rusiyaya qarşı sanksiya siyasəti iki ölkənin vacib məsələlərin həllində əməkdaşlığını pozur”

Bunu martın 3-də Rusiyanın xarici işlər nazirliyi, ABŞ-ın Rusiyaya qarşı sanksiyaları 1 il uzatmasına cavab olaraq bəyan edib.

Qeyd edək ki, bu sanksiyalar 2014-cü ildə Krımın ilhaqı və Ukraynanın şərqindəki münaqişəyə görə tətbiq edilib.

Nazirliyin yaydığı bəyanatda ABŞ-ın sanksiyalar siyasətinin səmərəsiz olduğu və Moskvanın cavab tədbirləri görməyə haqqı olduğu bildirilir.

Bəyanatda daha sonra deyilir ki, bu sanksiyalar Ukrayna münaqişəsinin həllinə kömək eləmir və Rusiya-ABŞ münasibətlərinə dağıdıcı təsir göstərir.

Qeyd edək ki, Avropa Birliyi də Rusiyaya qarşı sanksiyaları uzadıb.