Daha bir intihar Bakıda

Foto illüstrasiya

-

Bakı şəhəri, Suraxanı rayonunda 70 yaşlı qadının özünü asdığı bildirilir.

«Report»un xəbərinə görə, Çöllük küçəsi, ev 41-də yaşayan 70 yaşlı Pakizə Mövsümova yaşadığı evdə özünü iplə asaraq intihar edib.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır.

Ötən gecə isə Zərdab rayonunda 19 yaşlı gənc özünü asmışdı.