-
Azərbaycanın regionlarında xarici ölkələrdən turistlər cəlb etmək üçün kazinoların yaradılması təklif olunur.
«Trend»in xəbərinə görə, bu təkliflə deputat Qüdrət Həsənquliyev Milli Məclisin martın 4-də keçirilən plenar iclasında çıxış edib.
Deputat qeyd edib ki, bir sıra ölkələr bu təcrübədən yararlanır və kazinolar vasitəsilə ölkəyə turistlər cəlb olunur.
Q.Həsənquliyev deyib: «Azərbaycana həm turistlərin gəlməsi, həm də xarici valyutanın cəlb edilməsi üçün ölkənin turizm regionlarında kazinolar yaradıla bilər».
Azərbaycanda hələ keçmiş prezident Heydər Əliyevin hakimiyyəti dönəmində kazinoların fəaliyyəti rəsmən qadağan edilib.