Ankarada miqrant böhranı müzakirə olunub

Ahmet Davutoglu və Donald Tusk

Avropa Şurasının Prezidenti Donald Tusk miqrantları həyatlarını qorumaq üçün Avropaya riskli səfərlərdən qaçmağa çağırıb.

O belə bir bəyanatla Ankarada Türkiyənin baş naziri Ahmet Davutoglu ilə keçirdiyi mətbuat konfransında çıxış edib.

Tusk həmçinin bildirib ki, Avropa Birliyi ölkələrinin miqrant böhranı ilə bağlı birtərəfli hərəkətlərinə son qoyulmalıdır.

Tusk qeyd edib ki, məqsəd Türkiyə ilə Yunanıstan arasındakı qanunsuz dəniz marşurutunun qarşısını almaqdır.

Davutoglu isə deyib ki, Türkiyə Suriyada atəşkəsə əməl olunmasında çox maraqlıdır: "Atəşkəs baş tutsa, Türkiyə , həmçinin Avropaya miqrant axını dayanacaq. Amma təəssüf ki, atəşkəs rejiminin pozulması vəziyyədi daha da çətinləşdirir, xüsusilə də Rusiya ordusu və Suriya rejimi tərəfindən", deyə o bildirib.

Makedoniya bu günlərdə sərhədi bağladığından hazırda Yunanıstan tərəfə 30 mindən çox miqrant yığışıb, onların sayının artacağı gözlənilir.

Həmçinin bir sıra Avropa Birliyi ölkələri sərhəddə sədlər qurub, nəzarəti gücləndiriblər.

Avropa Birliyi liderləri miqrant böhranına görə martın 7-də Türkiyəyə toplaşacaq.