-
Evlənmək istəyənlərin tibbi müayinə analizlərinin sayı artırılır.
APA-nın xəbərinə görə, ölkənin baş hematoloqu Çingiz Əsədov bu haqda xəbər verib.
Baş hematoloq deyib ki, nikaha girmək istəyənlər hepatitlərin bütün növlərinə görə müayinə olunacaqlar:
«Artıq talassemiyaya görə hər şey - bütün müayinələr aparılır. Bunun üçün yaxşı cihazlarımız və reaktivlərimiz var. Hazırda biz QİÇS və sifilisə görə analizlər götürürüksə, gələcəkdə hepatitə görə də analizlərin götürülməsi gözlənilir».
Ailə qurmaq istəyənlər 2015-ci il iyunun -dən başlayaraq tibbi müayinədən keçirlər. Son 9 ayda nikah bağlamaq istəyən 107 min 500 şəxs müayinədən keçib. Onların 7 minindən çoxunda xəstəliklər, o cümlədən talassemiya aşkar olunub.