UEFA yeni baş katibini seçdi

UEFA logo

UEFA İcraiyyə Komitəsi martın 4-də qurumun yeni baş katibini seçib.

İsveçrədə keçirilən tədbirdə Teodor Teodoridis yeni baş katib təyin olunub.

O bu vəzifədə bu günlərdə FİFA prezidenti seçilən Canni İnfantinonu əvəz edəcək.

OTeodoritis 2008-ci ildən UEFA-da çalışır, bunadək baş katibin müavini işləyib.

UEFA-nın növbəti toplantısı mayın 3-də keçiriləcək.