Joe Biden Yaxın Şərqə gedir

Joe Biden

ABŞ-ın vitse-prezidenti Joe Bidenin martın 5-də Yaxın Şərqə səfəri başlayır.

Səfər zamanı İraq və Suriyadakı vəziyyət, habelə iqtisadi və enerji maraqları müzakirə olunacaq.

Ağ Evin məlumatına görə, Biden Birləşmiş Ərəb Əmirlikləri, İsrail, İordan çayının qərb sahili və İordaniyaya səfər edəcək.

O səfər zamanı İsrailin baş naziri Benjamin Netanyahu və Fələstin prezidenti Mahmud Abbasla görüşəcək.

İsrail-Fələstin münaqişəsinin həlliylə bağlı elə bir ciddi təşəbbüs gözlənilmir.