-
Ukrayna prezidenti Petro Poroshenko Rusiyada həbsdə olan hərbçi Nadia Savchenko-nun anası ilə görüşüb.
Prezident bildirib ki, Savchenko-nun azadlığı üçün əlindən gələni edəcək.
Poroshenko Nadia-nın anası ilə görüşdüyü barədə öz Twitter hesabında yazıb.
Sonuncu məhkəmə prosesindən sonra Nadia Savchenko quru aclığa başlayıb, onu fikrindən daşındırmaq mümkün olmayıb. Növbəti məhkəmə martın 9-na təyin edilib.
Hərbçinin öz ölkəsinə qaytarılacağı ilə bağlı ümidlər var, bu barədə onun vəkili bildirib.
Nadia Savchenko Donbasda iki rusiyalı jurnalistin ölümündə təqsirləndirilir.
Martın 2-də prokuror Savchenko-nun 23 il azadlıqdan məhrum edilməsini istəyib.