-
Bazar günü, martın 6-da Türkiyənin “Zaman” qəzeti hökumətyönlü məqalələrlə çapdan çıxıb. Bu, qəzetin hökumət qüvvələri tərəfindən tutulmasından sonra ilk buraxılışı idi.
Qəzetin ilk səhifəsində Prezident Recep Tayyip Erdogan-ın şəkli və onun barəsində iki məqalə yer alıb.
Martın 4-də polis qəzetin ofisini zəbt edib. Belə ki, məhkəmə qəzetin inzibatçılar tərəfindən idarə olunması barədə qərar çıxarıb.
“Zaman” Erdogan-ın düşməni sayılan, ABŞ-da yaşayan ilahiyyatçı Fethullah Gulen-lə əlaqələndirilir. Polis Gulen hərəkatına qarşı terrorçuluq ittihamlarını araşdırır, qəzetlə bağlı məhkəmə qərarı da prokurorun xahişilə çıxarılıb.
Martın 5-də İstanbulda 500-də nümayişçi qəzetin zəbtinə etiraz aksiyası keçirib, polis onları gözyaşardıcı qaz, su şırnağıyla dağıdıb.