NATO Egey missiyasını genişləndirir

Yunanstanda miqrantlar

-

NATO bildirir ki, Yunanıstana, oradan da Avropaya miqrantların qanunsuz daşınmasını dayandırmaqdan ötrü Egey dənizində missiyasını genişləndirir. Xəbəri “The Associated Press” agentliyi NATO Baş katibi Jens Stoltenberg-ə istinadla yayıb.

Stoltenberg deyib ki, alyans Yunanıstan və Türkiyənin ərazi sularında işləyəcək. Qaçaqçılar Avropaya on minlərlə miqrantı buradan keçirir. Baş katibin sözlərinə görə, hazırda regionda 3 gəmi var, onlara əlavə gəmilər qoşulacaq.

Martın 6-da Türkiyə sahillərində miqrant qayığı aşıb, 25 nəfər boğulub. Türkiyə sərhədçiləri Egey dənizində, Didim şəhəri yaxınlığında 15 miqrantı xilas etdiklərini bildirirlər.