Gürcüstan prezidenti Azərbaycana gəlir

Giorgi Margvelashvili

-

Gürcüstan prezidenti Giorgi Margvelashvili Azərbaycana gələcək.

«Trend»in xəbərinə görə, Gürcüstanın Bakıda səfərdə olan xarici işlər naziri Mikheil Janelidze belə deyib.

Nazir səfərin vaxtının konkretləşmədiyini, ancaq yaxın günlərdə baş tutacağını deyib.

Mikheil Janelidze fevralın 6-da Bakıya gəlib. O, prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb.