Rusiya yardımlara hava bazası təklif edir

Igor Konashenkov

Rusiyanın müdafiə nazirliyi Suriyadakı hava bazasından humanitar yardımlar çatdırılmasına hazır olduğunu bəyan edib.

Nazirliyin sözçüsü İgor Konashenkov bildirib ki, yardım paketləri onların Tartus limanındakı hərbi-dəniz bazasında saxlana, yardım aparan nəqliyyat təyyarələri isə Latakiyədəki hava bazasına düşə bilərlər.

O həmçinin qeyd edib ki, Rusiya əhaliyə yardım çatdırmaq üçün nəqliyat vasitələri verə bilər.

Nazirlik bildirir ki, ayr-ayrı təxribatlara baxmayaraq ümumilikdə atəşkəsə əməl edilir.

Qeyd edək ki, hazırda BMT-nin vasitəçiliyi ilə Suriyanın mühasirədə olan bölgələrinə humanitar yardımlar çatdırılır.